Dövlət Agentliyi qanunsuz tikintilərin qarşısını aldı
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
Bu barədə FHN-dən məlumat verilib. Xəbərə görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktları aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyektlərin sökülməsi təmin edilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək