Dovşan və porsuq ovlayan şəxs saxlanılıb

# 12:27
23 dekabr 2021

İmişlidə qanunsuz ov edilməsinin qarşısı alınıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Araşdırmalarla onun Cavadxanlı kənd sakini Zəngibar Soltanov olduğunu müəyyən edilib.

 

Həmin şəxsdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, qanunsuz olaraq ovladığı 11 ədəd dovşan və bir ədəd porsuq aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR