DSX-nin baş çavuşu özünü öldürdü
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.
APA TV xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.
Xəbərə görə, ilkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda ev almaq istəyənlər üçün ucuz ərazilər – qiymətlər açıqlandı
Ağdərədə müasir rabitə infrastrukturu qurulur
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?