Duman olacaq, külək əsəcək - PROQNOZ AÇIQLANDI

# 14:10
23 noyabr 2022

Noyabrın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Bakıda gecə 9-12, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762-yə enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-12, gündüz 15-20°, dağlarda gecə 2-7, gündüz 7-12° isti olacaq.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR