Duman olacaq, külək əsəcək - PROQNOZ - APA TV

# 18:31
8 noyabr 2022

Noyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR