Dünya çempionunu “Vinçester”lə güllələyən görün kim imiş

# 12:46
15 mart 2022

Bakıda ötən gün kikboks üzrə dünya çempionu Zaur Yusifovu güllələyərək öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

APA TV-nin xəbərinə görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

 

Hadisə zamanı tutulan şəxsin kriminal aləmdə "Emin 444" ləqəbli Emin Səfərovun xalası oğlu olduğu bildirilir. Qətlin qisas məqsədilə törədilməsi istisna edilmir.

 

Zaur Yusifov paytaxtın Nəsimi rayonu 6-cı mikrorayon ərazisində “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

 

Qeyd edək ki, Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.

 

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və onun hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR