Dünya mətbəxinin nümunələri Şuşada: - KULİNARİYA FESTİVALI DAVAM EDİR

# 17:35
7 may 2022

Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir. Bu gün festivalın 3-cü günüdür.

APA TV xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinar qonaqlar iştirak edir və ölkələrinin mətbəxlərini nümayiş etdirir.

Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunur.

Festivalda iştirak edən BP nümayəndəsi Geri Jons jurnalistlərə açıqlamasında Şuşada olmaqdan məmnun olduğunu vurğulayıb: "Azərbaycanda, Şuşada olmaqdan çox məmnunam. Şuşa, həqiqətən, Azərbaycanın gözüdür. Festivalda hər şey yüksək səviyyədədir, gördüyünüz kimi hazırda mənə də dadlı təamlardan təklif olunub və mən də bunu məmnuniyyətlə qəbul edirəm".

Qeyd edək ki, festival zamanı təkcə dünya xalqlarının mətbəxləri deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri də təqdim edilir.

Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqisi ilə fərqlənir.

Mayın 5-dən başlayan festivala sabah yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR