Dünyanın 30-dan çox ölkəsində gücünü göstərən 66 yaşlı pəhləvan

# 15:30
24 mart 2022

Güc pəhləvanı Xəlilulla Süleymanov ölkəmizin şimal bölgəsində çox məşhurdur.

66 yaşlı Xəlilulla Süleymanov ömrünün 50 ilindən çoxunu pəhləvanlıq edib.

 

Xaçmaz rayonunda el şənliklərinin ən sevimli qonaqlarından olan qocaman pəhləvanın təqdim etdiyi bir-birindən maraqlı nömrələr illər keçsə tamaşaçıların zövqünü oxşamaqda davam edir.

 

Xəlilulla Süleymanov 12 may 1955-ci ildə Quba rayonunun Xaspolad kəndində anadan olub. O, hələ  uşaq yaşlarından qeyri-adi bacarığa və fiziki gücə malik olub. 

 

Xəlilulla Süleymanov 1973-cü ildən sim pəhləvanı, 1982-ci ildən isə güc pəhləvanı kimi fəaliyyət göstərməyə başlayıb. Tədricən ölkə daxilində məşhurlaşan pəhləvan çox keçmir ki, dünyanın 30-dan çox ölkəsində qastrol səfərlərində uğurla çıxış edir.

 

Xəlilulla Süleymanov bu gün də 500 kiloqrama qədər daşları bir dəfəyə qaldırır. Təcrübəli pəhləvanın proqramında 30-dan çox nömrə var.

 

Güc pəhləvanı Xəlilulla Süleymanov fiziki gücü imkan verənədək bu el sənətini yaşadacağını, maraqlı nömrələri ilə tamaşaçılar qarşısında çıxış edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR