Dünyanın məşhur səyyahlarının Qarabağa səfəri başa çatıb

# 00:08
19 iyun 2022

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb.

 

APA TV xəbər verir ki, 3 gün ərzində dünyanın 10 ölkəsindən olan səyahətçilər Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın, Füzulidə olublar.

 

Səfərinin yekunları ilə bağlı mətbuat konfransında çıxış edən Türkiyəli səyyah Uğur Dəmircan işğaldan azad edilmiş ərazilərə dair təəssüratlarını bölüşüb.

 

"Most Traveled People" cəmiyyətinin yaradıcısı, San-Fransiskodan olan səyyah Çarlz Villi erməni diasporu faktoruna toxunub. O deyib ki, dünyada Azərbaycanın gördüyü işlər barədə məlumatların artırılmasına ehtiyac var və ermənilərin işğal dövründə törətdiyi dağıntılar kifayət qədər dəhşətlidir:

 

Səyyahlar eyni zamanda, sözügedən ərazilərin ermənilər tərəfindən minalandığını və bunun böyük təhlükə olduğunu vurğulayıblar.

 

Onlar azad edilmiş ərazilərə səfərdən məmnun qaldıqlarını bildiriblər. Diqqətə çatdırıblar ki, Azərbaycan hökuməti azad edilmiş əraziləri sürətlə bərpa edir və bu yerlər yaxın gələcəkdə gözəl turizm bölgəsinə çevriləcək.

 

Səyyahlar jurnalistlərə açıqlamalarında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sürətlə yeni yolların inşası və hava limanlarının tikilməsi olduqca diqqətçəkəndir.

 

Azərbaycanlı səyyah Mehrac Mahmudov Qarabağa gələn ilk turist qruplarının Türkiyədən ola biləcəyini deyib. Onun sözlərinə görə, kommunikasiya çətinliyinin olmaması Azərbaycanı türkiyəli turistlər üçün cəlbedici edir.

 

Qeyd edək ki, xarici ölkələrdən Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveç) olan 24 nəfər dünyaca tanınmış səyyah işğaldan azad edilən ərazilərə səfər edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR