Durduğu yerdə əsir, öləcəyini düşünür - Panik atak niyə çoxalır?

# 17:36
23 dekabr 2022

Panik atak - əksər hallarda gənclərdə rast gəlinən, əsas simptomları isə həyacan, ölüm qorxusu və yuxusuzluqdur. Bəs nə zaman panik ataka tutula bilərik? Tam müalicəsi varmı? Panik ataka tutulma riskinə nələr səbəb ola bilir?

Mütəxəssislərin sözlərinə görə, panik atak doğru diaqnoz qoyulduğu zaman bir ay ərzində tam olaraq düzəlir.

Psixiloq Vüsalə Əmiraslanova ilk dəfə panik atak yaşayan insanların ikinci dəfə bunu daha yüngül keçirdiklərini deyir.

Mütəxəss spirtli içkilərin, narkotik vasitələrdən istifadənin panik atak riskini daha da artırdığını deyir.

Nevropatoloq İradə Əzimova müalicənin daha effektiv nəticəsi üçün antidepressantlarla yanaşı, psixoloji dəstəyin də vacib olduğunu bildirir.

Mütəxəssislər tövsiyə edir ki, panik atakdan birdəfəlik qurtulmaq üçün sakitləşdiricilərdən əlavə, mütləq şəkildə düşüncələrimizi də dəyişdirməliyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR