Düşmən Daşkəsən istiqamətində cəmləşir - MN-DƏN TƏCİLİ AÇIQLAMA
Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.
APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə MN-dən bildirilib.
DİGƏR XƏBƏRLƏR
“Arxaya fırlananda gördüm ki, yoldaşım yanır” - Abşerondakı yanğının şok detalları
Prezident Soltanlı kəndinin birinci mərhələsinin açılışında
Cəbrayılda yeni açılan müəssisədə 300 nəfər işlə təmin ediləcək