Düşməni məhv edən tank komandirinin döyüş yolu

# 15:58
17 fevral 2022

Lerikin qəhrəman, igid oğlu, Vətən müharibəsi şəhidi Elnur Əsədullayev… O, 1998-ci il iyunun 13-də doğulmuşdu. Uşaqlıq illərindən vətənpərvər, cəsur, imanlı və zəhmətkeş böyümüşdü. Elnur idmançı olub, sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən yarışlarda iki dəfə rayon birinciliyi qazanıb. O, 2016/2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə gizir hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edib. Xidmət zamanı göstərdiyi şücaətlə hər kəsin diqqətini cəlb edib və qısa müddətdən sonra kiçik gizir rütbəsinə layiq görülüb.

Vətən müharibəsinin ilk günlərindən göstərdiyi igidliklərə görə ona "Tank komandiri" vəzifəsi verilib. Əsədullayev bu vəzifənin də öhdəsindən layiqincə gəlib. Çətin günlərdə imkan düşdükcə ailəsinə zəng edib nigaran qalmamaqlarını tapşıran Elnurun 14 oktyabr tarixindən sonra zəngləri kəsilir.


Qızğın döyüşlərdən birində düşmənin qüvvələrini məhv edən zaman tank komandiri, kiçik gizir Elnur Əsədullayev qəhrəmancasına şəhid olub. 30 oktyabr 2020-ci ildə doğma Lerikdə torpağa tapşırılıb. “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lerik

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR