Edillidə tapılan qalıqlar Məhkəmə-Tibbi Kriminalistika şöbəsinə təqdim ediləcək

# 16:06
6 oktyabr 2022

“Ermənilərin törətdiyi amansız soyqırımı nəticəsində minlərlə hərbi qulluqçumuz, soydaşımız itkin düşüb, kütləvi məzarlıqlarda dəfn edilib”.

 

APA TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova deyib.

 

O bildirib ki, belə məzarlıqlardan biri də Xocavənd rayonunun Edilli kəndində aşkar olunan xüsusi məzarlıqdır. Məzarlıqlar 14 sentyabrdan 28 sentyabra qədər tədqiq edilib:

 

O bildirib ki, meyit qalıqları Hərbi Prokurorluğun qərarları ilə birgə Məhkəmə Tibbi Kriminalistika şöbəsinə təqdim ediləcək. O əlavə edib ki, hava şəraiti ilə əlaqədar olaraq, skeletlərin üzərinə sellofan materiallar örtülüb ki, bu da sümüklərin müayinə üçün yararlı vəziyyətdə qalması üçündür.

 

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR