Ehtiyatda olan mayora möhtəşəm jest

# 16:06
11 avqust 2022

 

Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, şəhid və qazi ailələrinə, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət hər il həssas kateqoriyada olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Ümumilikdə şəhid və qazi ailələrinin evlə, avtomobillə təminatı da bu proqramların tərkib hissəsidir. Vətən müharibəsi qazisi, II Qarabağ müharibəsinin ən şiddətli dövründə yaralı silahdaşını döyüş meydanından çıxarmağa çalışarkən minaya düşən mayor Elşad Heydərov da bu qayğıdan yararlananlar sırasındadır. Uğruna canından keçməyə hazır olan vətən oğulunu dövlət öz himayəsinə götürüb. Müxtəlif tibb ocaqlarında onun müayinəsi və müalicəsi aparılır. Almaniya istehsalı olan protez ayaqla təmin olunan qazimizə avtomobil də verilib. Xatırladaq ki, Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan Elşad Heydərov Tərtərin Talış kəndi istiqamətində gedən döyüşlərdə hərbçi dostları ilə birlikdə təmas xəttini yarıb, düşmən mövqelərinin üzərinə gedib və bir neçə postu düşməndən azad etdikdən sonra minaya düşüb. Sonrası isə bəlli. Dövlətin ona göstərdiyi etimad və qayğıdan ağızdolusu danışan Elşad Heydərov deyir ki, bir ayağı olmasa da, daim Vətənin müdafiəsində durmağa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR