“ƏKS GÖSTƏRİŞ SERTİFİKATI” KİMLƏRƏ VERİLƏCƏK?

# 20:46
9 avqust 2021

“Bu gündən etibarən peyvəndə qarşı əks göstərişi olanlara “əks göstəriş sertifikatı” nın verilməsinə başlanılıb. Həmin şəxslər bu sertifikatı haradan və necə əldə etməlidirlər, mütəxəssisimizdən soruşduq”.

 

 “Bilirsiniz ki, Səhiyyə nazirliyinin xüsusi komissiyası yaradılıb. Bu da Azərbaycanın Tibb Universiteti nəzdində Tədris Klinik Terapiya Xəstəxanasındadır. Hər bir müraciət edən şəxs birinci növbədə poliklinikaya, öz sahə həkiminə müraciət etməlidir. Əgər şəxsin ambulator kartında həmin xəstəliyi təsdiq edən göstəricilər varsa, həmin xəstələr protokollaşdırılacaq. Bundan sonra biz onları göndərəcəyik xüsusiləşdirilmiş terapevtik xəstəxanaya”.

 

Solmaz Tağıyeva deyir ki, “əks göstəriş sertifikatı”nı yalnız bu şəxslər əldə edə bilər.

 

- Hamilə qadınlar;

 

- Süd verən analar;

 

- COVID 19-a qarşı peyvəndə allergiyası və ümumiyyətlə allergiya xəstəliyindən əziyyət çəkən şəxslər;

 

Həkim Gülnarə Əfəndiyeva isə peyvənddən yayınmaq məqsədilə “əks göstəriş sertifikatı” almaq istəyən vətəndaşlara xəbərdarlıq edib:

 

 “Müraciət edənlər var, amma çoxu sənədsiz xəstələrdir. Vaksinasiyadan yayınmaq istəyirlər, deyirlər ki, allergiyamız var. Bu “əks göstəriş sertifikatı”ndan insanlar sui istifadə etməyə çalışırlar. Gəlir ki, mənim allergiyam var, mən çiyələk yemişəm qaşınıram. Xahiş edirəm ki, belə bəhanələrlə yaxınlaşmasınlar”.

 

Mütəxəssislər bildirir ki, şəkərli diabet, onkoloji, gemodialz xəstələri, uroloji, bronxial asması olan xəstələrə “əks göstəriş sertifikatı” verilməyəcək. Sadalanan xəstəliklərdən əziyyət çəkən şəxslər xəstəliyin kəskin dövrünü keçirirsə, onlara müalicə təyin olunur. Səhhətləri normallaşandan sonra vaksinə icazə verilir.

 

Fatma Zahidqızı,

Samir Qaragözov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR