Eks - prezidentin oğlunu maşından çıxarıb güllələdilər
Hondurasın paytaxtında beynəlxalq cinayətkar qrupun üzvləri dörd gənci güllələyiblər. APA “Vesti.ru” saytına istinadən xəbər verir ki, onların arasında ölkənin eks-prezidentini Porfirio Lobo Sosanın 19 yaşlı oğlu da var.
Hadisə iyulun 14-də səhər tezdən baş verib.
Polisin məlumatına görə, hadisə yerində azı yeddi silahlı olub.
Onlar gecə klubunun çıxışında ölkənin eks-prezidentinin oğlu Səid Lobo Sosanın da daxil olduğu 4 dostun əyləşdiyi maşını saxlayıblar.
Zərərçəkənlər maşından çıxarılaraq atəşə tutulub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi