Eks-prezidentin ŞOK müsahibəsi – “… Ukraynanın sonu olacaq”
Rusiya-Ukrayna müharibəsinin nəticəsi ABŞ-da keçiriləcək prezident seçkilərindən asılıdır.
Bunu Fransanın keçmiş lideri Fransua Olland “Financial Times” qəzetinə müsahibəsində deyib. O əlavə edib ki, əgər Donald Tramp seçilsə, müharibə bitəcək və Rusiya Ukraynada zəbt etdiyi torpaqları əlində saxlaya biləcək. Fransanın eks-prezidenti hesab edir ki, Avropanın təhlükəsizliyi üçün güvənli birliyə ehtiyacı var. Fransua Olland onu da vurğulayıb ki, sülh müqaviləsi imzalanarsa, Avropanın maraqları ABŞ-la üst-üstə düşməyə bilər. Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da müsahibələrinin birində demişdi ki, Tramp gələn ilki seçkilərdə qalib gəlib gəlsə, bu, “demokratiyanın sonu” olacaq. Qeyd etmişdi ki. bu baş verərsə, ABŞ NATO-dan çıxacaq və Ukraynanın sonu olacaq.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi