Eldar Mahmudovun villasının qarşısında AKSİYA

# 16:30
2 sentyabr 2022

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında etiraz aksiyası keçirilib.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

 

Məlumata görə, etirazçılar keçmiş MTN tərəfindən həbs olunanlardır. Onlar saxta ittihamlarla qanunsuz həbs olunduqlarını və yaxınlarından pul alınaraq azadlığa buraxıldıqlarını bildiriblər. 

 

Etirazçılar aksiya zamanı “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” deyə, şüarlar səsləndiriblər.

 

İştirakçılar sabiq nazir Eldar Mahmudovun, sabiq baş prokuror Zakir Qaralov və birinci müavin Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını tələb ediblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aksiyanın dinc şəraitdə keçdiyi bildirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR