Elektrik stansiyasında yanğın baş verdi
Tovuzda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın Tovuz elektrik stansiyasında qeydə alınıb.
Hadisə yerinə FHN-in 4 yanğınsöndürən avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunub. Əraziyə cəlb olunan FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən yağın söndürülüb.
Qeyd edək ki, yanğın baş verən stansiya Tovuz rayonuna elektrik enerjisinin verilməsini təmin edir. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.
DİGƏR XƏBƏRLƏR
Böyük Zəfərdən Böyük Qayıdışa: Bu gün Zəngilan Şəhəri Günüdür
Ağdərədə müasir rabitə infrastrukturu qurulur
Bakıda ev almaq istəyənlər üçün ucuz ərazilər – qiymətlər açıqlandı