Əlilliyi olan uşaqlar üçün “Yeni il” şənliyi keçirildi
Səbail Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyi və Sağlam Həyatın Təbliği İctimai birliyinin təşkilatçılığı ilə 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər üçün Yeni İl tədbiri keçirilib. Nizami Kino Mərkəzində baş tutan tədbirdə əlilliyi olan uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə keçirilən şənliyə Şaxta Baba və Qar qızın gəlişi bu fidanların sevincinə sevinc qatıb.
Tədbirdə balacalar musiqi sədaları altında rəqs edib, müxtəlif cizgi filmi personajları ilə birlikdə əyləniblər. Daha sonra onlara Şaxta Babanın bayram sovqatı hədiyyə edilib.
Qeyd edək ki, əlilliyi olan uşaqlar üçün təşkil edilən “Yeni İl” şənliyi dekabrın 31-nə kimi davam edəcək.
DİGƏR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub