Əlilliyi olan uşaqlar üçün “Yeni il” şənliyi keçirildi

# 17:39
30 dekabr 2022

Səbail Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyi və  Sağlam Həyatın Təbliği İctimai birliyinin təşkilatçılığı ilə 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər üçün Yeni İl tədbiri keçirilib. Nizami Kino Mərkəzində baş tutan tədbirdə əlilliyi olan uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə keçirilən şənliyə Şaxta Baba və  Qar qızın gəlişi bu  fidanların sevincinə sevinc qatıb. 

Tədbirdə balacalar musiqi sədaları altında rəqs edib, müxtəlif cizgi filmi personajları ilə birlikdə əyləniblər. Daha sonra onlara Şaxta Babanın bayram sovqatı hədiyyə edilib.

Qeyd edək ki, əlilliyi  olan uşaqlar üçün təşkil edilən “Yeni İl” şənliyi dekabrın 31-nə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR