Elm üçün ayrılan pul niyə xərclənməyib? - NAZİR SƏBƏBİNİ AÇIQLADI
“Deputatlar elmə pul ayrılmadığını deyir. Amma bizim elmə ayırdığımız pul belə ötən il tam xərclənməyib”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu xərclərin icra olunmaması həmin sahənin strukturdakı problemlərlə bağlıdır: “Bu problemlər öz həllini tapandan sonra da biz bu xərclərin dövlət büdcəsinin icrasında tam təmin edilməsinin şahidi olacağıq”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi