Elm və Təhsil nazirliyi kamera məsələsinə aydınlıq gətirdi – APA TV

# 01:03
29 noyabr 2023

Yəqin xatırladınız. İki gün öncə Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin xəsarət alması ilə nəticələnən hadisə baş vermişdi. Məktəbdən verilən açıqlamada qaçarkən başqa bir şagirdlə toqquşduğu bildirilən 2 F sinfinin şagirdi Məmmədzadə Təranənin fotosu qısa zamanda bütün sosial şəbəkə seqmentlərində yayıldı. Uşağın anası qızının zədəsinin çox ağır olduğunu, məktəbdə lazımi ilkin yardım göstərilmədiyi, laqeyd yanaşıldığı, təcili yardım çağırılmadığını bildirib. Məsələ hüquq mühafizə orqanları tərəfindən qısa zamanda araşdırılıb. Şagirdin göz nahiyəsindəki xəsarət faktında qəsd müəyyən olunmayıb. Hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib. Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb. Yaxşı uşaq döyülməyib, başqa uşaqla toqquşmada xəsarət alıb. Bunları bildik. Bəs niyə dərhal təcili yardım çağırılmayib, məktəbin tibb bacısı müdaxilə etməyib? DİN-ə bu barədə məlumat verilməyib. Bütün bunlar bir daha bütün məktəblərdə müşahidə kameralarının olması zərurətini ortaya qoyur. Bəs yaxşı neçə Təranələr belə vəziyyətə düşməlidir ki, nazirlik sadaladığı tədbirləri sürətləndirsin? Hər nə qədər gözdən pərdə asacaq açıqlamalar verilsə də, bu, nəticəni dəyişmir.

Ümimiyyətlə, görəsən uşaqların təhlükəsizlik və sağlamlığının daim nəzarətdə saxlanması, əlavə resusrların bu prosesə cəlb olunması məqsədilə nazirlik tərəfindən hansı addımlar atılır? Ağızdolusu bəhs olunan məktəblinin dostu layihəsi hardadır?

Ekspertlər də problemin həlli üçün bütün məktəblərdə kamera sisteminin quraşdırılması vacib sayırlar. Həqiqətən də nəzarət mexanizmi gücləndirilməlidir. Amma təhsil müəssisələrində kameraların olması, personalın da yerində olması anlamına gəlmir. Tutaq ki, istənilən insident lentə alındı. Bəs zədələnənlərə, yaxud psixoloji travma alanlara kömək? Bu ki kameranıhn işi deyil. Ona görə də...

Problemlə bağlı bütün olmalı və edilməlilərə rəsmən olacaq, ediləcək cavabı verilsə də, mövcud çətinlik hələ ki tam həllini tapmayıb.

AYTƏN SAKİTQIZI

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR