Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edildi
Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.
APA TV xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.
Məlumatı DİN-nin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri