Əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR
Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.
APA TV-nin məlumatıma görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.
Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi