Əmək yarmarkalarında iş tapmaq mümkündürmü?

# 11:37
23 avqust 2022

 

Həm paytaxt Bakıda, həm də rayonlarımızda mütamadi olaraq əmək yarmarkaları keçirilir. Hər dəfə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən bu yarmarkalara iş tapmaq ümidi ilə minlərlə insan üz tutur. Ancaq təəssüflər olsun ki, iş axtaranların əksəri bu qədər xərc çəkilib təşkil olunan yarmarkaların faydalı olmadığını düşünürlər. Həm bəzi ekspertlər, həm də vətəndaşlar iddia edirlər ki, bu yarmarkalar daha çox görüntü üçün yaradılır. Bəs əslində vəziyyət necədir? Həqiqətənmi əmək yarmarkaları faydalı deyil? “Ümumiyyətlə, son vaxtlar bölgələrdə və paytaxda neçə əmək yarmarkası keçirilib? Bu yarmarkalara nə qədər müraciət daxil olub və nə qədər insan işlə təmin olunub?” – bu suallarla Dövlət Məşğulluq Agentliyinə üz tutduq. Zaur Umar onu da bildirdi ki, statistik nəticələrə əsasən yarmarkalarda təqdim edilən vakansiyalar üzrə əmək haqqı məbləğləri peşə və bacarıq tələblərindən asılı olaraq dəyişir. İqtisadçı ekspert Xalid Kərimli isə düşünür ki, əslində nə iş axtaranlar, nə də işə götürənlər bu mexanizmdən yüksək gəlirli iş yerləri axtarmaq üçün istifadə etmirlər. Xalid Kərimlinin sözlərinə görə, işəgötürənlərin yarmarkalara elə də ciddi yanaşmamasının əsas səbəbi daha keyfiyyətli işçi tapmaq istəyi ilə bağlıdır. Buna görə də işçini öz resursları hesabına axtarmağa üstünlük verirlər. Məlumat üçün bildirək ki, 2022-ci ilin 7 ayı ərzində 39 əmək yarmarkası təşkil edilib. Onlardan 7-si Bakı şəhərində, qalan 32-si isə Sumqayıt və Gəncə şəhəri daxil olmaqla, digər regionlarda baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR