Əmioğlular dələduzluq etdiyinə görə yaxalandı

# 12:23
13 may 2021

Qaxda dələduzluq edən iki əmioğlu saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Polis Şöbəsinə müraciət edən 3 nəfər rayon sakini özlərini firma işçisi kimi təqdim edən iki şəxsin onlara satdıqları müxtəlif məişət əşyalarının guya hədiyyəli olduğunu, hədiyyəni əldə etmək üçün isə sadəcə çatdırılma xərcini əvvəlcədən ödəməyin vacibliyi adı ilə aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər.

Daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən əmioğlular, Şamaxı rayon sakinləri-Səfər və Namiq Əsədovlar saxlanılıb. Araşdırma zamanı onların hər hansı bir firmada işləmədiyi, “Sədərək” ticarət mərkəzindən aldıqları məişət əşyalarını rayonlarda satdıqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR