Əmiqızlar yoxa çıxdı, NƏNƏLƏRİ AXTARIR
Bakıda iki yeniyetmə qız itkin düşüb.
APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu Binə Sovxoz qəsəbəsində baş verib. Burada yaşayan 13 yaşlı Abdullayeva Şəfiqə Malik qızı və 14 yaşlı Abdullayeva Arzu Xaliq qızı evdən çıxaraq, bir daha geri qayıtmayıblar.
Bu barədə onların nənəsi 62 yaşlı Ş. Abdullayeva polisə müraciətində bildirib. Onların əmiqızları olduğu qeyd olunur.
Hazırda yerli polis şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı