Ən qədim sənət növü - göz nuru ilə ərsəyə gələn təkəlduz sənəti

# 12:58
5 sentyabr 2022

Anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən və birinci dərəcəli əlil olan Sumqayıt sakini Aybəniz Nəsirova çox qədim tarixə malik bir sənət növü ilə məşğul olur. Müsahibimiz təkəlduz sənəti ilə məşğuldur.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, o indiyədək 500-ə yaxın əsər üzərində işləyib. Aybəniz Nəsirova deyir ki, özünü bu sənətsiz təsəvvür edə bilmir. Dediyinə görə, gördüyü iş bütün problemlərini unutdurur, ruhunu dincəldir. Müsahibimiz sapla işləməyi çox sevir. Bundan başqa muncuqla da əl işləri hazırlayıb.

 

Aybəniz xanım uzun illərdir sözügedən el sənəti ilə məşğul olur. O, təmənnasız olaraq fiziki qüsurlu insanlara da bu sənəti öyrədir.

 

Nəsildən-nəslə ötürülən təkəlduz qarmaqla vurulan zərif, bədii tikmə növüdür. "Tə­kəl­duz" sözü hərfi mənada "tək əllə düz” mənasını verir. Avropa dillərində bu tikmə növünə "zəncirli naxış" deyirlər.

 

 

RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR