Ən yaxşı liseylərimizi siz də tanıyın – Məzunların 99 faizi tələbə olub

# 19:41
14 sentyabr 2022

 

Ən yaxşı liseylərimizi siz də tanıyın – Məzunların 99 faizi tələbə olub Yeni tədris ilinə sayılı saatlar qaldı. Sabah ölkənin bütün məktəblərində ilk zəng çalınacaq. Hər kəs çalışır ki, uşağı mükəmməl təhsil alsın. Bunun üçün yaxşı təhsil verən məktəbləri seçməyə çalışırlar. Hər il ali məktəblərə qəbul olunan abituriyentlər arasında yüksək nəticə göstərənlər olanda hansı məktəbi, yaxud da liseyi bitirməsi diqqət çəkir. Açıq etiraf edək ki, liseylərdə təhsil alan abituriyentlər arasında yüksək nəticə göstərənlər daha çox olur. Belə olan halda da övladlarının liseydə təhsil almasını istəyən valideynlərin sayı artır. Bilik günü ərəfəsinda yolumuzu hər il yüksək göstəriciləri ilə diqqət çəkən Bakı şəhəri, Xətai rayonu, 287 saylı "Zəkalar” liseyi və Nərimanov rayonu "Ankara məktəbi" məktəb-liseyindən saldıq. Əvvəlcə əməkdar müəllim Aygün Əhmədli ilə görüşüb, lisey məzunlarının uğurları ilə maraqlandıq. Öyrəndik ki, təhsil göstəricilərinə görə hər il ilk üçlükdən qərarlaşan 287 saylı "Zəkalar” liseyinin bu il 30 yaşı tamam olur. “Lisey yarandığı gündən istedadlı uşaqların inkişafı ilə məşğuldur” deyən Aygün Əhmədlinin sözlərinə görə, məktəbdə bütün təmayyüllər üzrə ixtisaslı və təcrübəli müəllim heyəti çalışır. Hazırda liseydə 1229 şagird təhsil alır. Ayün Əhmədova deyir ki, bu il lisey 100 faizlik nəticə göstərib: ” 2021-2022-ci təhsil ilində isə 103 şagirdimiz artıq məzun adını qazanıb. 19 şagird 600 baldan yuxarı nəticə göstərib. 9 nəfər 650 dən yuxarı bal toplayıb. 36 nəfər 500 dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Şagirdlərimiz içərisində Avropanın və Türkiyənin yüksək reytinqli ali təhsil müəssisələrinə qəbul olunanlarda var. Bu bizi çox sevindiri ki, həmin uşaqlar Azərbaycanınımızı təmsil edəcəklər”. Bundan başqa builki məzunlar arasında liseyin iki qızıl medalçısı var. Respublika fənn olimpiadalarında qızıl, gümüş və bürünc medal mükafaçıları da var. “Ankara məktəbi" məktəb-liseyi də şagirdlərin bilik göstəriciləri, fənn olimpiadalarındakı uğurları, həmçinin məzun sayına görə paytaxtın seçilən məktəb-liseyləri sırasındadır. İllərdir məzun sayına görə ilk sıralarda qərarlaşıb. Direktor Səmayə Eynullayeva hesab edir ki, uğura gedən yol təcrübəli müəllim, məsuliyyətli şagird və valideyn birliyindən keçir. Səmayə Eynullayevanın sözlərinə görə, liseyin şagirdləri itədris ili çərçivəsində keçirilən fənn, beynəlxalq olimpiadaların qalibləri sırasında təmsil olunur: “Ötən il respublika fənn olimpiadalarında iki qızıl medal alıb. Təhsil Nazirliyinin xətti ilə İnformatika ilə bağlı keçirilən beynəlxalq olimpiadada bir şagirdimiz liseyimizin 8-ci sinif şagirdi bürünc medal qazanıb. Bu uğurda birlikdə işin, zəhmətin nəticəsidir” Sağlam cəmiyyətin əsası keyfiyyətli təhsildən, təhsilin keyfiyyəti isə məktəblərin təcrübəli, bilik və bacarığı ilə seçilən müəllimlərindən asılıdır. Yeni tədris ilimiz uğurlu olsun!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR