Ər arvadını iplə boğaraq öldürdü

# 17:56
19 noyabr 2022

Yevlaxda ər arvadını boğaraq öldürüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə keçmiş məcburi köçkünlərin məskunlaşdığı internat məktəbində qeydə alınıb.

Kəlbəcər rayonun Qılınclı kənd sakinləri 1993-ci il təvəllüdlü Anar Salmanov və ondan 7 yaş kiçik Nuridə Salmanova Bərdə rayonunda yaşayıblar. Cütlüyün 2 azyaşlı övladları var. 16 yaşında ailə quran Nuridə həyat yoldaşı və övladları ilə anası evinə gəlib. Bu zaman ər və arvadın arasında  mübahisə yaranıb.  Anar Salmanov təsərrüfat ipi ilə həyat yoldaşı Nuridə Salmanovanı boğaraq öldürüb. Hadisə zamanı ailə üzvləri digər otaqda olub.  Qətlə yetirilən qadının anası hadisə zamanı heç bir səs eşitmədiyini deyib.

Yaxınlarının sözlərinə görə, gənc ailə arasında  tez-tez mübahisələr olub.

Baş verən hadisə ilə bağlı Yevlax rayon prokurorluğuna cinayət işi açılıb. Qətlə yetirilən qadının  əri, Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda cinayət işi başlanıb. Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR