Ər həyat yoldaşının boğazını yatdığı halda kəsib - ŞİRVANDA
Şirvanda kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib
APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri ərazisində yerləşən Sənaye zonasında baş verib.
Şirvan şəhərində məskunlaşan Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında qətlə yetirib.
Həyat yoldaşını çarpayıda yatdığı halda boğaz nahiyəsinin əsas damarını bıçaqla kəsib. Çoxlu qan itirən Pərvanə Nağıyeva hadisə yerində keçinib.
Onun meyiti müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib. Sahib Nağıyev qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, Pərvanə Nağıyeva 2 uşaq anası olub. Qətlin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.
Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı