Ərdoğan: “İlham Əliyev bu müharibənin ən yaxşı təhlilçilərindən biridir”
"Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir".
APA TV-nin yerli bürosunun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı əsas müzakirə mövzusu Rusiya və Ukrayna məsələsi olub.
“Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. İlham Əliyev bu müharibənin ən yaxşı təhlilçilərindən biridir. Onunla bu barədə çox açıq və aydın danışmaq imkanımız oldu”, - deyə Türkiyə Prezidenti bildirib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi