Ərə verilən 14 yaşlı qızın ANASI DANIŞDI: “Oğlan evi ilə razılığa gəldik ki...”

# 12:16
5 noyabr 2022

Azərbaycanda 14 yaşlı qızın ərə verilməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.  

APA TV xəbər verir ki, əməkdaşlarımızın araşdırması zamanı məlum olub ki, hadisə Göyçay rayon Çərəkə kəndində, Əzizovlar ailəsində baş verib.

Ailə 16 yaşlı qızlarını ay yarım əvvəl Ağsudan olan yaxınlarına verib. Sabah isə onların nişan mərasimini keçirmək niyyətindədirlər.

Yeniyetmə qızın anası Günəş Əzizovanın sözlərinə görə, onlar ailələr arasında sadəcə nişan mərasimi keçirmək istəyirlər. Toydan isə söhbət belə gedə bilməz. Hətta bununla bağlı oğlan evi ilə razılığa da gəliblər.

Yeniyetmənin əmisi Samir Əzizovda yayılan xəbərlərin yalan olduğunu, qızın 18 yaşı tamam olmamış toy etmək niyyətində olmadıqlarını bildirib.

Məsələ ilə bağlı Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tehran Adıgözəlov isə bildirdi ki, məsələdən günorta saatlarında xəbər tutublar və dərhal aidiyyəti üzrə qurumlara məlumat veriblər. Bundan sonra ailə rayon polis şöbəsinə dəvət edilib, onlarla profilaktik söhbətlər aparılıb və ailənin sabah üçün planlaşdırdığı nişan mərasimi dayandırılıb.

Hazırda məsələ ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, bu barədə ilk olaraq Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR