Əri ilə dalaşan qadın yoxa çıxdı
Bakıda qadın itkin düşüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Nizami rayonu, NZS qəsəbəsi, Oqtay Vəliyev küçəsində yaşayan 32 yaşlı X. Şamilova evdən naməlum istiqamətdə çıxaraq, bir daha geri qayıtmayıb.
Məlum olub ki, qadınla əri arasında qısqanclıq zəminində mübahisə düşüb. Daha sonra X. Şamilova özünü Hövsan qəsəbəsində dənizə atıb intihar edəcəyi məzmunda məktub yazaraq, evdən çıxıb.
Bu barədə onun əri N. Şamilov polisə müraciətində bildirib.
Hazırda onun tapılması istiqamətində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu