Əri Rusiyada yaşayan qadın evində ölü tapıldı

# 02:59
29 aprel 2021

Lerikdə boğazı kəsilmiş 40 yaşlı qadın cəsədi tapılıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, günorta saatlarında 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Qənbərova Lerik rayonunun Barzavu kəndində yaşadığı evdə ölü tapılıb. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib.

 

Mərhumun meyiti boğazı kəsilmiş vəziyyətdə aşkarlanıb, qatil meyvə bıçağı ilə qadının şah damarını kəsib. Zəkiyə Qənbərovanın cəsədi müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

 

Qeyd edək ki, qətlə yetirilən qadın ailəli idi və 3 övladı var. Mərhumun həyat yoldaşı Rusiyada yaşayır və övladlarından kiçiyi anası ilə birlikdə qalır. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR