Erməni mühafizəçini azərbaycanlı qətlə yetirməyib - İrəvandan açıqlama
İstintaq Zəngəzur Mis-Molibden Kombinatının əməkdaşının qətlində azərbaycanlıların iştirakına dair heç bir sübuta malik deyil.
Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan öz Facebook səhifəsində bildirib.
"Hazırda Zəngəzur kombinatının mühafizəçisinin azərbaycanlılar tərəfindən qətlə yetirildiyi barədə heç bir məlumat yoxdur", - deyə o vurğulayıb.
Ötən gün Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində əsir götürülən əsgərini mühafizəçini öldürməkdə və təxribat törətməkdə ittiham edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu