Erməni polkovnikmüharibədən yayındı, tutuldu
44 günlük Qarabağ müharibəsində özünü xəstə kimi qələmə verən erməni polkovnik həbs edilib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, Ermənistan ordusunun polkovniki 10 oktyabr- 3 noyabrda xəstə olduğunu göstərən sənədi təqdim edərək, hərbi vəzifələrini icra etməkdən yayınıb. Adı açıqlanmayan zabit 23 gün tibb müəssisəsində müalicə alıb. Lakin araşdırma zamanı onun xəstə olmadığı üzə çıxıb. Faktla bağlı cinayət işi açılıb. Döyüşdən qaçan erməni zabit barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu