Erməni radikallar bu ölkədəki səfirliyimizə hücum edə bilər
Azərbaycanın Belçika Krallığındakı səfiri, Aİ-dəki Nümayəndəliyin rəhbəri Vaqif Sadıqov erməni radikalların mümkün təxribatı ilə bağlı xəbərdarlıq edib.
APA TV xəbər verir ki, o, bu barədə “Twitter”də bildirib.
“Avropanın ürəyində diplomatik missiyaya qarşı ermənilərin daha bir hücumuna qarşı səsinizi qaldırın!”, - deyə səfir qeyd edib.
Diplomat vurğulayıb ki, bu gün Brüsseldə erməni diasporunun radikalları Avropa Parlamentinin qarşısında mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar.
APA-nın əldə etdiyi xəbərə görə, ermənilərin bu gün Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi Şuman meydanında etiraz aksiyası nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu