Erməni silahlılarının hərbi avtomobili və sığınacağı məhv edildi - ANBAAN GÖRÜNTÜLƏR

# 19:31
3 avqust 2022

Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilir. APA TV xəbər verir ki, terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfində çox sayda ölən və yaralananların olduğu bildirilir. Həmçinin Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus “Ural" markalı hərbi yük avtomobili məhv edilib. Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) Sarıbaba yüksəkliyi yaxınlığında terrorçulara zərbə endirib. Nəticədə “Ural” markalı hərbi yük avtomobili və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus şəxsi heyətlə dolu sığınacaq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR