Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 92 nəfərə çatıb
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.
Bundan başqa, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 2 971 yaşayış evi yararsız vəziyyətə düşüb.
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?