Ermənilər abidələrdən görün nə üçün istifadə edirlərmiş

# 17:15
8 dekabr 2022

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı mədəni irsimizə də təsirsiz ötüşməyib. Monitorinqlər zamanı onların qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkar edilib”.

 

APA TV-nin xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib: “411 tarix mədəniyyət abidəsinə baxış keçirilib. 864 mədəniyyət müəssisəsində monitorinq aparılıb. Monitorinqlər zamanı onların qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkar edilib. Tarixi memarlıq abidələri qəsdən mə məqsədli şəkildə dəyişdirilərək hərbi məqsədlər üçün istifadə edilib. Azad edilən ərazilərə səfər edən beynəlxalq təşkilatların nümayəndələri də bunların şahidi olublar”.

 

Mədəniyyət naziri əlavə edib ki, torpaqlarımız azad ediləndən sonra Azərbaycan UNESCO-ya dəfələrlə müraciət edib və bütün bu müraciətlərə baxmayaraq, UNESCO missiyasını yerinə yetirməyib, öz öhdəliyini icra etməyib. "Bu təşkilatın siyasi motivlər üzərində texniki missiyanı həyata keçirməməsi onun nüfuzuna böyük bir xələl gətirib. Konfransdan istifadə edərək UNESCO-ya çağırış edirik və öz mandatını yerinə yetirməyə səsləyirik", - A.Kərimov deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR