Ermənilər bu dəfə Daşkəsəni atəşə tutdu
Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.
Ermənistan ordusu növbəti də provokasiyaya əl ataraq Daşkəsən rayonunu artilleriya atəşinə tutub. Əməkdaşlarımız rayonun cəbhəyə yaxın olan Xoşbulaq kəndində olublar.
Səhər saatlarından atəş səslərini eşidən yerli sakinlər heç nədən çəkinmədən, ruh yüksəkliyi ilə ordumuzu dəstəkləyirlər.
Xatırladaq Ki, hazırda cəbhənin bütün istiqamətində döyüş gedir.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik