Ermənilər kütləvi şəkildə Rusiya pasportu alırlar

# 13:40
15 yanvar 2022

 

2021-ci ilin yanvar-oktyabr aylarında 667 mindən çox əcnəbi Rusiya vətəndaşlığını qəbul edib.

 

Bu barədə Rusiya mediası məlumat yayıb.

 

Məlumata görə, vətəndaşlıq alanların əksəriyyəti Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistan sakinləri olub.

 

Onların cüzi hissəsi yüksək ixtisaslı mütəxəssislərdir.

Bu hesabat Ermənistan mediasında da müzakirələrə səbəb olub.

Yerli mətbuat yazır ki, hər il ölkəni tərk edən vətəndaşların sayı azalmaq əvəzinə artır. Son illərdə bu proses bir qədər səngisə də, İkinci Qarabağ müharibəsindən sonra yaranan sosial-iqtisadi çətinliklər, psixoloji gərginlik, siyasi xaos miqrasiya prosesini yenidən artırıb.

Tarixçi Arşaluis Zurabyan isə bildirib ki, son otuz il ərzində ölkəni iki milyondan çox insan tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR