Ermənilər Laçından keçib Ermənistana gedir - Yeni görüntülər
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağın erməni sakinlərini Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana aparmasının görüntüləri yayılıb. Erməni sakinlər məntəqədə sənədləri yoxlanıldıqdan sonra heç bir maneəsiz Ermənistana gediblər. Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb. Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu