Ermənilər Laçını belə yandırır - YENİ GÖRÜNTÜLƏR
Avqustun sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməli olan, Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşmış ermənilər evləri yandırmağa, dağıtmağa, meşələrə od vurmağa davam edir. APA TV xəbər verir ki, bir neçə gün öncə Laçını tərk etməyə başlayan ermənilərin 30 il ərzində qanunsuz məskunlaşdıqları Azərbaycan ərazisindəki evləri, tikililəri yandırdığını, dağıtdığını, meşələrə, dağlara od vurduğunu əks etdirən növbəti video-görüntlər yayılıb. Həmin görüntülərdə ermənilərin əraziləri yandırması, evləri dağıtması aydın şəkildə görünür.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu