Ermənilər Şəmkirin kəndini “Toçka-U” taktiki raket kompleksindən atəşə tutdu
Ermənistan ordusu Şəmkirin kəndini “Toçka-U” raket kompleksindən atəşə tutub.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu gün Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə 10-a yaxın “Toçka-U” taktiki raket kompleksindən mərmilər atılıb.
Nəticədə raketlər əkin sahəsinə düşüb. Həmin vaxt sahədə işləyən olmadığından ölən və xəsarət alan olmayıb.
Kənd sakinlərinin sözlərinə görə, düşmən onları nə qədər atəşə tutsa da heç nədən çəkinmirlər.
Hazırda cəbhənin bütün istiqamətində döyüş gedir. Ordumuz tərəfindən düşmənə layiqincə cavab verilir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?