Ermənilər soyqırımı zamanı əhalini bu hamamda boğublar

# 10:00
7 dekabr 2022

XVIII-XIX əsrlərə aid "Günbəzli hamam" Qubaya gələn xarici turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir.

 

“Günbəzli hamam" el arasında "Çuxur hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" kimi tanınır.

 

Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Sonra kanalizasiya xətti tutulduğundan fəaliyyətini dayandırıb.

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Quba bölgəsi üzrə baş mütəxəssisi Rüstəm Melikov bildirib ki, 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılıb. 2018-ci ildə isə “Günbəzli hamam” xarici görünüşündə dəyişiklik edilmədən yenidən əsaslı bərpa olunub.

Günbəzli hamam ümumi zalından başqa, bəylər üçün nəzərdə tutulan dörd, istirahət və çay içmək üçün daha üç otaqdan ibarətdir.  Böyük və kiçik olmaqla iki tağdan ibarət birmərtəbəli hamamın bir qapısı, 6 pəncərəsi var.

 

Qırmızı kərpicdən inşa olunduğundan qubalılar bu hamama “Qırmızı hamam” da deyirlər. Hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib.

 

“Günbəzli hamam” Qubadakı turizm marşrutları üzrə səyahət edən xarici turistlərin diqqətini ən çox çəkən abidələrdəndir.  

 

İspaniyalı David Moya Qubadakı şərq memarlıq üslubunda olan tarixi abidələrlə tanışlıqdan böyük zövq aldığını deyir:

“Günbəzli hamam”ın qızdırılmasında istifadə olunan istilik sistemində odun yandırılıb. Hamamın qızdırılmasında istifadə edilən soba həm də döşəmənin isidilməsində istifadə olunub. Sobadan hamamın döşəməsi boyunca istiliyə davamlı kərpicdən kanallar çəkilib. Bununla da sobadan çıxan istilik həm də döşəməni qızdırıb.

 

“Günbəzli hamam” Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR