Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutdu
Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Düşmən cavab atəşi ilə susdurulub.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi