Ermənilər üç kəndin ərazisini bataqlığa çevirdi - 1 dəqiqə 10 xəbər 14:00 buraxılışı

# 14:00
26 noyabr 2021

Ermənilər işğal zamanı Həkəri çayının məcrasını dəyişərək üç kəndin ərazisini bataqlığa çevirib

 

Biləcəridə dəmir yolu məntəqəsindən 1 tondan çox metal oğurlanıb

 

Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

 

“National Geographic”ın üz qabığına çıxan əfqan qızı İtaliyadan sığınacaq alıb

 

Bakıda marketə saxta əsginas verən şəxs tutulub

 

Bu il Azərbaycanda narkotiklərə görə 50-dən çox əcnəbi tutulub

 

Azərbaycan Şahmat Federasiyasında vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov Şahmat Federasiyasına prezident seçilib

 

Rusiyada COVID-19-dan ölənlərin sayı 270 mini ötüb

 

ABŞ səfirliyi Bakıda ağacəkmə aksiyası keçirib

 

Rusiya son beş ildə donuz əti istehsalını kəskin artırıb

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR